Messinin toyu olacaq: Şakiradan yasaq - FOTO

Messinin toyu olacaq: Şakiradan yasaq - FOTO
22:32 18 Mart 2017
234 Maraqlı
Ölkə mətbuatı
A- A+

İspaniyanın "Barselona" klubunun argentinalı ulduzu Lionel Messi illərdən bəri qeyri-rəsmi nikahda yaşadığı Antonella Rokusso ilə münasibətlərini rəsmiləşdirməyə hazırlaşır.

Milli.Az El Pais-ə istinadən bildirir ki, toy iyunun 24-də Argentinada olacaq. Toya 600 qonaq dəvət olunub və onların arasında "Barselona"nın oyunçuları, o cümlədən Jerar Pike də var. Fəqət, Pikenin xanımı, kolumbiyalı müğənni Şakira ilə A.Rokkusso arasında münasibətlər çox pis olduğundan Pike toya qatılmaya bilər.

Şakira toya getməyəcəyini deyib.

Şakiranın Rokussoya olan pis münasibəti L.Messinin xanımının rəfiqəsi Nuriya Tomasla bağlıdır. Pike ilə Tomas vaxtilə sevgili olublar.

Toyda Nuriya Tomas da iştirak edəcək.

Antonella Rokusso və Lionel Messi uşaqlıqda dost olublar. 2008-ci ildən bəri qeyri-rəsmi nikahda olan Messi-Rokusso cütlüyünün Tyaqu və Mateo adlı iki oğulları var.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində





Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/527603.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR