Sabiq “qanuni oğru” Rusiyadan deportasiya olundu - FOTO

Sabiq “qanuni oğru” Rusiyadan deportasiya olundu - FOTO
22:33 18 Mart 2017
314 Digər
Ölkə mətbuatı
A- A+

Kriminal aləmdə “Hayko Qarabağski” ləqəbiylə tanınan Hayk Nikoqosyan Rusiyadan deportasiya olunub.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 53 yaşlı sabiq “qanuni oğru” dünən səhər saatlarında Domodedovo hava limanından İrəvana uçan ilk aviareyslə yola salınıb.

Rusiyanın Daxili İşlər naziri Vladimir Kolokoltsevin qərarıyla Nikoqosyan ölkədə ömürlük arzuolunmaz şəxs elan edilib.

Xatırladaq ki, bundan əvvəl Kolokoltsev belaruslu qanuni oğruları da ömürlük persona non qrata elan etmişdi.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/cinayetdunyasi/191889.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR