Aktual.Az-ın fəaliyyətə başlamasından üç il ötür

Aktual.Az-ın fəaliyyətə başlamasından üç il ötür
23:05 18 Mart 2017
116 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Aktual.Az saytının fəaliyyətə başlamasından üç il ötür.

Trend-in məlumatına görə, Aktual.Az xəbər portalı 2014-cü ilin mart ayının 18-də yaradılıb. Sayt qısa bir zamanda geniş oxucu auditoriyası toplayıb və ölkənin aparıcı media orqanlarından birinə çevrilib.

Artıq iki ildir ki, ölkənin bir sıra tanınmış imzaları - siyasi xadimlər, müstəqil siyasi şərhçilər, jurnalistlər Aktual.Az-la əməkdaşlıq edir. www.aktual.az internet resursunda Azərbaycanın siyasi, iqtisadi, sosial, mədəni və idman həyatına dair məlumatlar, regionda və dünyada baş verən hadisələrlə bağlı operativ xəbərlər əksini tapır.

Sayt 2015-ci ildə Mətbuat Şurasının üzvlüyünə qəbul edilib.

Saytın baş redaktoru əməkdar jurnalist İbrahim Rüstəmlidir.

Aktual.Az kollektivini təbrik edir, fəaliyyətlərində yeni uğurlar arzulayırıq!

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/527607.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR