Tərtərdə "Jiquli" dərəyə aşdı: yaralı var - FOTO

Tərtərdə "Jiquli" dərəyə aşdı: yaralı var - FOTO
23:17 18 Mart 2017
67 Ölkə
Ölkə mətbuatı
A- A+

Tərtərdə baş verən yol qəzası nəticəsində sürücüsü xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, rayonun "Dörd yol" adlanan ərazisində Cəfərov Zalış Qaçay oğlu idarə etdiyi "VAZ-21011" markalı avtomobil yoldan çıxaraq dərəyə yuvarlanıb. Qəzanın şahidləri hadisə barədə FHN-nin növbətçi hissəsinə və təcili tibbi yardıma məlumat veriblər. Xilasedicilər və həkimlər hadisə yerinə gələnədək, yaralı sürücü avtomobildən çıxarılaraq xəstəxanaya aparılıb.
Məlumata görə, xəsarət alan sürücünün qardaşı onu paytaxt xəstəxanalarından birinə aparıb.   
 
Faktla bağlı Tərtər Rayon Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində



Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/527609.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR