Quşbeyin kimlərə deyilir?

İnsanlar ağıllı heyvanlar haqqında fikirləşəndə quşlar yada düşən ilk heyvan olmurlar. İngilis dilində kimisə quşbeyin adlandırmaq həmin şəxsin axmaq olduğu anlamına gəlir. Bundan başqa nəyəsə "quşlar üçündür" demək həmin şeyin mənasız olduğun bildirir.

Metbuat.az qey edir ki, ancaq bu ifadə tamamilə səhv ola bilməz. Bəzi quşlar, xüsusilə qarğalar son dərəcə ağıllı ola bilər. Əslində, qarğaların problem həll etmə qabiliyyəti 7 yaşlı uşağınkından daha yaxşıdır.

Təcrübələrin birində qarğanın 3 mərhələli çətin bir problemi həll etdiyi göstərilir. Qarğaya kəndirdən asılmış qısa çubuq, bir qutuda əlçatmaz yerdə uzun çubuq və həmin qutunun dibində bir tikə yemək verilib. Qarğa qısa çubuğu kəndirdən çıxardıb, ondan uzun çubuğa çatmaq üçün istifadə edib və daha sonra uzun çubuqdan da qutunun dibindəki yeməyi götürmək üçün də həmçinin. Qarğalar nəinki alətlərdən istifadə edir, eyni zamanda alətlər düzəldirlər.

Daha da maraqlısı qarğaların dildən istifadə etmə ehtimalıdır. Vaşinqton Universitetinin tədqiqatçıları qarğaları təcrübə üçün tutmağa başlayıb. Halbuki, ilk bir neçə dəfədən sonra alimlər yeni qarğalar tutmağın çətinləşdiyini görüblər. Qarğalar onları tutan adamın sifətini yadda saxlayır və digər qarğalara həmin insanın təhlükəli olduğunu deyirlər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR