"Real"dan 80 milyonluq transfer - 18 yaşlı futbolçu...

"Real"dan 80 milyonluq transfer -   18 yaşlı futbolçu...
00:17 19 Mart 2017
198 İdman
Ölkə mətbuatı
A- A+

"Real" 18 yaşlı futbolçu transfer etmək istəyir. Fanat.Az xəbər verir ki, "Kral Klubu"nun "Monako"nun gənc ulduzu Kilian Mbappeni hədəfə aldığı deyilir.


AS-ın xəbərinə görə, "Real" 2014-cü ildən izlədiyi hücumçu üçün 80 milyon avro ödəməyə hazırdı. Bu məbləği qarşı tərəfə təklif etməyə rəhbərliyi Zinəddin Zidan razı salıb. Baş məşqçi həmyerlisinin gələcəyin ən böyük ulduzlarından biri olacağına inanır.


Qeyd edək ki, "Monako"nun yetirməsi olan Mbappe 2015-ci ildən əsas komandaya cəlb olunur. O, cari mövsümdə meydana çıxdığı 31 rəsmi oyunda 17 qol vurub. "Transfermarkt" 18 yaşlı futbolçuya 10 milyon avro qiymət qoyub.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotrealquotdan-80-milyonluq-transfer-t57020.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR