Futbolçuları aparan mikroavtobus qəzaya uğradı

Türkiyənin qadınlardan ibarət "Ağrı Birlikspor" komandasını aparan mikroavtobusun qəzaya uğraması nəticəsində 18 nəfər xəsarət alıb.

Metbuat.az bildirir ki, qəza Patnos mahalından keçən avtomagistralda qeydə alınıb. Qarlı və buzlu yolda idarəetməni itirən sürücü qəzaya səbəb olub. Yaralananlardan 14 nəfəri "Ağrı Birlikspor" klubunun futbolçularıdır.

Faktla bağlı araşdırmalara başlanılıb.

Orxan / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR