Saçqıranlardan necə azad olmalı?

Müasir dövrdə daimi olaraq istifadə etdiyimiz fen və saçlarımıza çox böyük ziyan vuran digər əlamətlər, kövrək və zəif saçların olmasına gətirib çıxarır.

Metbuat.az bildirir ki, hər bir problemdə olduğu kimi bu problemdə də ilk növbədə orqanizmin ümumi vəziyyətinə nəzər salmaq məsləhət görülür. Dırnaq və saçların vəziyyəti sağlamlığın nə halda olmasından xəbər verən dəqiq indikatordur. Saçqıranlar adətən vitamin çatışmazlığı, qeyri-düzgün qidalanma, qidalı maddələrə olan çatışmazlıqların nəticəsi ola bilər. Məhz buna görə problemi daxildən həll etmək lazımdır.

Beləliklə, ilk olaraq gündə 2-3 litr su içmək lazımdır, belə ki, orqanizmdə su çatışmazlığı saçların quru və kövrək olmasına səbəb olur. Səhərlər ac qarına 1 çay qaşığı zeytun yağı içmək məsləhətdir. Gözəl saçlara sahib olmaq istəyirsinizsə, bitki yağlarının nə qədər önəmli olmasını bilməniz şərtdir. Saçları yuduqdan sonra isə adi su ilə deyil, müxtəlif bitki məhlulları ilə yaxalamanız yaxşı olar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR