Tovuza qonaq gələn Şəmkir sakini xəsarət aldı

Tovuza qonaq gələn Şəmkir sakini xəsarət aldı
04:44 19 Mart 2017
136 Digər
Ölkə mətbuatı
A- A+

Tovuza qonaq gələn Şəmkir rayon sakini xəsarət alıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, Şəmkir rayon sakini 1959-cu il təvəllüdlü Telman Məmməd oğlu Mehdiyev sifətin, boyunun və bazu nahiyənin çoxsaylı kəsilmiş yarası xəsarəti ilə Tovuz rayon Mərkəzi xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Məlumata görə, Şəmkir rayon sakini Tovuz rayonu Düz Çırdaxan kəndində yaşayan bacısının evinə qonaq gəlib.

 

Onun  kənddə olan mağaza yaxınlığında xəsarət aldığı bildirilir.

 

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/270225

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR