Günün resepti: nar bilərziyi

Günün resepti: nar bilərziyi
07:05 19 Mart 2017
165 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az "Nar bilərziyi" salatının hazırlanma qaydasını təqdim edir

Tərkibi:

2 ədəd toyuğun döş əti

4 ədəd kartof

4 ədəd yumurta

4 ədəd yerkökü

3 ədəd narın dənəsi

xırda doğranmış qoz ləpəsi

mayonez

duz

istiot

Hazırlanması:

Əvvəlcə toyuğun döş ətini yaxşıca qaynadıb, kənarda soyumağa qoyun. Daha sonra əlinizlə didməyə başlayın. Başqa bir qabda yerkökü, kartof və yumurtanı bişirib,hamısını ayrı-ayrı qablarda sürtgəcin böyük gözündən keçirin.

Qozu isə bıçaqla doğrayın. Mayonezin içinə duz əlavə edin ki salatın hər qatına duz eyni miqdarda düşsün. Düz boşqabın ortasına stəkan qoyun. Əvvəlcə kartofu töküb mayonezləyin.

Daha sonra eyni üsulla yerkökünü, toyuğun döş ətini,yumurtanı töküb, araların mayonezləyin və üzərinə qoz səpin. Sonda isə  nar dənələrini salatın üzərinə düzün.Stəkanı salatın ortasından çıxarın.

Nar salatı hazırdır.

Nuş olsun!
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində





Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/527617.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR