Türkiyə millisi qəzaya düşdü - FOTOLAR

Türkiyə millisi qəzaya düşdü - FOTOLAR
07:53 19 Mart 2017
150 Ölkə
Ölkə mətbuatı
A- A+

Türkiyənin yunan-Roma güləşi üzrə milli komandası İranın Abadan şəhərində keçirilmiş Dünya Kubokundan Tehran hava limanına yollanarkən qəzaya düşüb.

"Report"un məlumatına görə, yığmanın olduğu avtobus yük maşını ilə toqquşub. Hadisə nəticəsində komanda üzvlərindən zədələnən olmayıb.

Əvəzində yük maşınında olanlar yaralanıb. Onlara ilkin yardımı millinin həkimi Ömər Kırmızı göstərib.

Qeyd edək ki, Türkiyə yığması Dünya Kubokunda 4-cü yeri tutub. Yarışda iştirak edən Azərbaycan millisi isə finalda Rusiyaya uduzaraq, 2-ci olub.









Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/191909.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR