Gürcüstandan Ermənistana nəqliyyat yolu bağlandı

Gürcüstandan Ermənistana nəqliyyat yolu bağlandı
08:18 19 Mart 2017
143 Dünya
Ölkə mətbuatı
A- A+

Gürcüstanda meteoroloji şəraitin pisləşməsi səbəbindən nəqliyyat vasitələrinin Ermənistan istiqamətində hərəkətinə qadağa qoyulub.

Publika.az “İnterfaks”a istinadən xəbər verir ki, bundan əvvəl analoji səbəbdən Rusiya istiqamətində Hərbi Gürcüstan yolu ilə nəqliyyatın hərəkətinə qadağa qoyulmuşdu.

Qarın intensiv yağması səbəbindən nəqliyyat vasitələrinin Nardevani – Paravani yolunun 94-110 km hissəsində bütün növ nəqliyyat vasitələrinin, Rodionovka-Ninotsminda yolunun 110-146 km hissəsində isə iritonnajlı yük maşınlarının və oturacaqların sayının 30-dan çox olan avtobusların hərəkətinə qadağa qoyulub.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/191910.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR