Azərbaycanda məşhur həkimin evinə basqın edildi FOTO

Azərbaycanda məşhur həkimin evinə basqın edildi FOTO
08:28 19 Mart 2017
312 Ölkə
Ölkə mətbuatı
A- A+

Lənkəranda məşhur həkimin evinə basqın edilib. Hadisə rayonunun Xolmili kəndində gecə saatlarında baş verib.

Publika.az xəbər verir ki, hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 67 yaşlı kənd sakini Səfərov Vahab Xalıq oğlu ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxanada yaralıya açıq kəllə-beyin travması diaqnozu qoyulub. Onun vəziyyəti ağır qiymətləndirilir.V.Səfərov reanimasiya şöbəsinə yerləşdirilib.

Xəsarət alan Vahab Səfərov uzun illərdir kənd ambulatoriyasının müdiri vəzifəsində işləyir və rayonun tanınmış terapevtlərindən sayılır. Qohumlarının bildirdiyinə gõrə, hadisəni evə qarət məqsədi ilə girmiş şəxs və ya şəxslər törədə bilər. Ev sahibinin onların gəlişindən xəbər tutduğunu görəndə isə, onun başına küt alətlə zərbə endirilib.

Faktla bağlı Lənkəran şəhər rayon Polis şöbəsində araşdırmalara başlanıb. Hələlik saxlanılan yoxdur. (İstiPress)



Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/191914.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR