Əfsanəvi musiqiçi vəfat etdi

Əfsanəvi musiqiçi vəfat etdi
08:43 19 Mart 2017
251 Şou
Ölkə mətbuatı
A- A+

ABŞ-da əfsanəvi amerikalı musiqiçi Çak Berri vəfat edib.

“Report” xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.

Bildirilir ki, musiqiçi Missuri ştatındakı evində huşunu itirib. Göstərilən cəhdlərə baxmayaraq, Berrini həyata qaytarmaq mümkün olmayıb.

1926-cı ildə doğulan müğənni və gitaraçı Çak Berri rok-n-roll tarixində ən nüfuzlu ifaçılardan biri hesab olunur. O, 1986-cı ildə rok-n-rollun Şöhrət zalına daxil edilən ilk musiqiçilərdəndir. Berri “Rolling Stone” jurnalının versiyasına görə, bütün dövrlərin 100 ən böyük ifaçıları siyahısına daxil edilib və orada 5-ci yeri tutub. O, “Qremmi” mükafatı laureatı idi.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/191911.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR