Əfsanəvi rok-n-rol ifaçısı vəfat etdi

Əfsanəvi rok-n-rol ifaçısı vəfat etdi
09:05 19 Mart 2017
133 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın əfsanəvi rok-n-rol ifaçısı Çak Beri martın 18-də 90 yaşında vəfat edib.

Milli.Az-ın Trend-ə istinadən verdiyi məlumata görə, "Johnny B. Goode", "Roll Over Beethoven", "Sweet Little Sixteen" kimi unudulmaz əsərlərin müəllifi olan Çak Beri Missuridəki evində dünyasını dəyişib.

Əfsanəvi gitara ifaçısı bir sıra musiqi nəsillərinin yararlandığı böyük irs qoyub gedib. O, 1950, 60 və 70-ci illərdə məşhur olan "Sweet Little Sixteen", "School Days", "My Ding a Ling" kimi hitlərin müəllifidir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/527621.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR