Gürcüstanda nəqliyyatın Ermənistan istiqamətində hərəkətinə qadağa qoyuldu

Gürcüstanda nəqliyyatın Ermənistan istiqamətində hərəkətinə qadağa qoyuldu
09:27 19 Mart 2017
229 Dünya
Ölkə mətbuatı
A- A+

Gürcüstanda meteoroloji şəraitin pisləşməsi səbəbindən nəqliyyat vasitələrinin Ermənistan istiqamətində hərəkətinə qadağa qoyulub. 

Milli.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bundan əvvəl analoji səbəbdən Rusiya istiqamətində Hərbi Gürcüstan yolu ilə nəqliyyatın hərəkətinə qadağa qoyulmuşdu.

Qarın intensiv yağması səbəbindən nəqliyyat vasitələrinin Nardevani - Paravani yolunun 94-110 km hissəsində bütün növ nəqliyyat vasitələrinin, Rodionovka-Ninotsminda yolunun 110-146 km hissəsində isə iritonnajlı yük maşınlarının və oturacaqların sayının 30-dan çox olan avtobusların hərəkətinə qadağa qoyulub.     

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/527626.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR