Bütün oyunların iştirakçısı "Qarabağ"ı görməyəcək

Bütün oyunların iştirakçısı "Qarabağ"ı görməyəcək
09:57 19 Mart 2017
126 İdman
Ölkə mətbuatı
A- A+

“Kəpəz”in futbolçusu Şəhriyar Rəhimovun seriyası qırılacaq. Fanat.Az xəbər verir ki, Azərbaycan çempionatının arxada qalan 23 turunda komandası üçün əvəzolunmaz sayılan futbolçu qarşıdakı oyunu buraxacaq.

 

Buna onun cəzalı duruma düşməsi səbəb olub. “Sumqayıt”la XXIII turun matçında (1:0) aldığı sarı vərəqə Şəhriyar üçün mövsümdə 4-cü olub.

 

Maraqlıdı ki, Rəhimov vərəqələrdən ikisini “Neftçi”, ikisini “Sumqayıt”la görüşlərdə alıb. Bu isə onun növbəti turda oynamaması deməkdi. Futbolçu “Qarabağ”la səfər matçında “Kəpəz”ə kömək edə bilməyəcək.

 

Qeyd edək ki, Rəhimov 23 turun bütün matçlarında 90, ümumilikdə 2070 dəqiqə meydanda olub.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-butun-oyunlarn-itirakcs-quotqarabaquot-gormyck-t57023.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR