Azərbaycanda maskalı şəxslər mağazaya basqın etdi

Azərbaycanda maskalı şəxslər mağazaya basqın etdi
10:24 19 Mart 2017
97 Digər
Ölkə mətbuatı
A- A+

Masallıda ərzaq mağazasından oğurluq edilib.

 

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Qızılavar kəndində qeydə alınıb.

 

Axşam saatlarında kənd sakini Nadir Qafarova  məxsus ərzaq mağazasına üzü maskalı şəxslər qapını sındırmaqla daxil olub, 500 manat nağd pul, siqaretlər və içkilər oğurlayıblar. Ümumilikdə N. Qafarova 2000 manatdan artıq ziyan vurublar.  Mağazada təhlükəsizlik kamerası olsa da, oğrular maska taxdıqları üçün hələlik onların şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb.

 

Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/270232

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR