Masallıda ev yandı

Masallıda vətəndaşa məxsus evdə yanğın hadisəsi baş verib.

Metbuat.az FHN-nin saytına istinadən bildirir ki, Masallı rayonu, Yeddioymaq kəndində sahəsi 96 m² olan birmərtəbəli 2 otaqlı evin 1 otağının yanar konstruksiyaları, ev əşyaları və dam örtüyü 40 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 00:21-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR