Türkiyənin güləş yığması qəzaya düşdü

Türkiyənin güləş yığması qəzaya düşdü
12:33 19 Mart 2017
103 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyənin yunan-Roma güləşi üzrə milli komandası İranın Abadan şəhərində keçirilmiş Dünya Kubokundan Tehran hava limanına yollanarkən qəzaya düşüb.

Publika.az-n report-a istinadən məlumatına görə, yığmanın olduğu avtobus yük maşını ilə toqquşub. Hadisə nəticəsində komanda üzvlərindən zədələnən olmayıb.

Əvəzində yük maşınında olanlar yaralanıblar. Onlara ilkin yardımı millinin həkimi Ömər Kırmızı göstərib.

Qeyd edək ki, Türkiyə yığması Dünya Kubokunda 4-cü yeri tutub. Yarışda iştirak edən Azərbaycan millisi isə finalda Rusiyaya uduzaraq, 2-ci olub.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/191934.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR