NATO qüvvələri Estoniyaya gəlir - FOTO

NATO qüvvələri Estoniyaya gəlir - FOTO
12:52 19 Mart 2017
116 Dünya
Ölkə mətbuatı
A- A+

Estoniyaya 120 Britaniya əsgərindən ibarət hərbi qrup gəlib.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, əsgərlər Rusiyanın mümkün addımlarına qarşı Baltik ölkələr və Polşada yaradılan NATO qüvvələrinin tərkibində xidmət edəcəklər.

Aprel ayında Estoniyaya əlavə heyətinin ezam olunması ilə Britaniya kontingentinin sayı təxminən 800 nəfərə çatdırılacaq.

Britaniyanın müdafiə naziri Michael Fallon bildirir ki, əməliyyatın məqsədi Rusiyadan irəli gələn mümkün təhlükənin qarşısını almaqdır.

"Britaniya qüvvələri Estoniyada aparıcı rol oynamaqla yanaşı Polşada yerləşdiriləcək amerikalı müttəfiqlərimizə dəstək göstərməlidir", - Michael Fallon ölkəsinin NATO daxilində öhdəliklərinə sadiq qalmasını şərh edərkən deyib.

Britaniya hərbçilərilə yanaşı Estoniyada Fransa və Danimarka əsgərləri yerləşdirilməlidir.

Daha 150 britaniyalı rotasiya əsasında Polşada yerləşdirilən çoxmillətli qüvvələrin tərkibində xidmət edəcək.

Bu həftə Estoniyaya həmçinin zirehli texnika, tanklar və artilleriya qurğuları göndərilib.

Baltik ölkələr və Polşada NATO qüvvələrinin yerləşdirilməsi barədə qərar alyans tərəfindən 2016-cı ildə, Krımın ilhaqı və Ukraynanın şərqində münaqişənin alovlanmasından sonra təsdiqlənib.

Milli.Az











Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/527653.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR