Tovuzun Heydər Əliyev prospektində “VAZ 2106” və “VAZ2101” markalı minik avtomobilləri toqquşub.
Metbuat.az bildirir ki, qəza Tovuzçay üzərindəki körpünün üzərində olub.
Qəzada xəsarət alan 9 nəfər Tovuz rayon Mərkəzi Xəstəxanasına gətirilib. Yaralılardan bəzilərinin vəziyyəti ağırdır.
Hazırda faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.
// Report