Daha yaşlı insanlar yıxılmayacaq - YENİLİK

Daha yaşlı insanlar yıxılmayacaq - YENİLİK
13:53 19 Mart 2017
125 Maraqlı
Ölkə mətbuatı
A- A+

Missuri Universitetinin tədqiqatçıları tərəfindən hazırlanan yeni texnologiya evlərdə yaşlı insanların vəziyyətini izləməklə təhlükəli yıxılmaların qarşısını alacaq.

Publika.az xəbər verir ki, yeni sistem ahıl insanların bədənində hər hansı qurğunun yerləşdirilməsini tələb etmir. Monitorinq sistemi yaşlı insanın yerişini vizual qiymətləndirən ötürücülər dəstindən istifadə edir. Sistem təhlükəli nəticələrin qarşısını almaq üçün yerişin sürətini, hərəkətdəki dəyişiklikləri və addımın uzunluğunu ölçür.

Tədqiqatlara görə, ahıl insanın yerişi saniyədə 5 sm yubandıqda növbəti üç həftə ərzində yıxılma ehtimalı 86,3 faiz təşkil edir. Tədqiqatdan, həmçinin məlum olub ki, addımın uzunluğu qısa olduqda bu, növbəti həftədə yıxılma ehtimalını 50,6 faizə çatdırır.

Yeni sistemin tədqiqi və sınaqları Missuri Qocalar Evində keçirilib. Qocaların hərəkətində dəyişiklikləri qeydə alan sistem sonradan insidentin şəklini avtomatik çəkərək tibb bacılarını xəbərdar edib. Nəticədə monitorinq sistemi qocaların vəziyyətindəki dəyişikliklərə vaxtında diqqət yetirməyə imkan verib. Dəyişiklikləri aşkar edən mütəxəssislər onlara hərəkət aktivliyini bərpa etməyə kömək etmək üçün müdaxilə edə və ya yerimə zamanı dəyişikliklərə səbəb olan xəstəliklərə diqqət yetirə biləcəklər.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqli/148967.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR