Hitlerçilərin daha bir cinayəti - insan beyinlərindən dərmanlar

Hitlerçilərin daha bir cinayəti - insan beyinlərindən dərmanlar
14:18 19 Mart 2017
130 Maraqlı
Ölkə mətbuatı
A- A+

Münhen İnstitutunda, alman neyrobioloqu Yulius Qallervordenin kolleksiyasında insan beyinləri tapılıb.

Publika.az-xəbər verir ki, bunlar nasistlərin qurbanları olmuş insanların bədənlərinin bir hissəsidir. Aşkarlanmış faktlara əsasən, nasistlər məhkumların və əqli cəhətdən qüsurlu insanların beyinlərindən müxtəlif növ dərmanlar hazırlayıblar. Beyin elementlərinin Holokost qurbanlarına məxsus olması variantı da istisna olunmur.

İndi Maks Plank Cəmiyyəti Psixatriya İnstitutunun əməkdaşları beyinlərin məhz kimlərə məxsus olduğunu, habelə insanların ölüm səbəblərini araşdırırlar. Qalıqlar bundan sonra qardaşlıq məzarlığında dəfn olunacaq.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqli/148767.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR