Sevdiyiniz adamı unutmağın yolları

Eşq dünyanın ən gözəl duyğusudur. Lakin bəzən sevdiyiniz şəxs sizə eyni hisləri verməyə bilər. Bu zaman insanın həyatı dözülməz olur. Özünüzü günahlandıra, ona əsəbiləşə bilərsiniz.

Lakin bu cür davam edə bilməzsiniz. Ən yaxşısı onu unutmaqdır. Bəs necə? Metbuat.az sevgilini unutmağın bəzi yollarını təqdim edir:

Aşiq olduğunuzu qəbul edin

İlk addım qəbul etməkdir. Bəli, aşiq oldunuz və o, sizə qarşı eyni hisləri keçirmədi. Çətin ola bilər, ancaq fərqi görəcəksiniz.

Gerçəkləri qəbul edin

Aşiq olduğunuz adam evli ola bilər, düşündüyünüz qədər yaxşı biri olmaya və ya sizi istəməyə bilər. Sizin birlikdə ola bilməməyinizin səbəbi hər nədirsə, bunu qəbul edin və inad edib yerinizdə saymaq əvəzinə yolunuza davam edin.

Sizin şəxsiyyətinizlə əlaqəsi yoxdur

Birinin sizin sevginizə cavab verməməsi sizdə hansısa problemin olması demək deyil. Siz aşiq olmazdan əvvəl kim idinizsə, yenə osunuz. Səhv bir şey etməmisiniz. Siz duyğularınıza nəzarət edə bilmədiyiniz kimi, qarşınızdakı insan da edə bilməyə bilər.

Əsəbiləşmək heç bir işə yaramaz

Sizinlə eyni fikirdə olmadığı üçün əsəbiləşməyin mənası yoxdur. Əsəbiləşmək sağlamlığınıza zərərli olmaqla yanaşı, onu geri qaytarmayacaq. İnsanlar aşiq olacağı adamı seçə bilmir. Siz ona aşiq olduğunuz kimi o da başqasına aşiq ola bilər.

Özünüzə zaman verin

Hələ də əziyyət çəkdiyiniz üçün özünüzü günahlandırmayın. Könül yaralarının sağalması zaman alır. Özünüzə bir az vaxt verin. Gün keçdikcə daha yaxşı olacaqsınız.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR