Polis Öcalan posteri açanlara istintaq başladacaq

Polis Öcalan posteri açanlara istintaq başladacaq
16:52 19 Mart 2017
102 Dünya
Ölkə mətbuatı
A- A+

Almaniyanın Frankfurt şəhərindəki Novruz şənliklərində Abdullah Öcalanın rəsmi və qadağan olunmuş emblemlərdən istifadə edənlər haqqında istintaq başladıla biləcəyi açıqlanıb.

Milli.Az azadliq.info-ya istinadən xəbər verir ki, Frankfurt Polis bölməsinin sözçüsü qadağan olunmuş şəkil və simvollardan istifadə edən şəxslər haqqında "şübhəsiz istintaq açılacağını" vurğulayıb.

Polisin verdiyi məlumata görə Novruz şənliyinə 30 mindən çox insan qatılıb. Mitinq sahəsində PKK simvolları və Öcalan posterleri açılıb. Frankfurt Polisi mitinq boyunca nümayişçilərə şifahi anons edərək, qadağalı simvolların olduğu bayraq və posterlərin toplanmasını istəyib.

Amma nümayişə heç bir müdaxilə edilməyib. Polis "toplaşma hüququnun dinc bir şəkildə istifadə edilməsini təhlükəyə atmamaq üçün" belə bir yol seçildiyini deyib. Bu hadisədən sonra Almaniya səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb və baş verənlərlə bağlı qınaq mesajı ona çatdırılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/527688.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR