ABŞ kəşfiyyatı Donald Trampa qarşı çevriliş planı hazırlyıb

Amerika Birləşmiş Ştatları barədə gizli məlumatlar yaymaqla nüfuz qazanmış “WikiLeaks” xəbər portalının rəhbəri Culian Assanj yeni iddia ortaya atıb.

Metbuat.az-ın məlumatına görə, o, ABŞ kəşfiyyatının prezident Donald Trampı devirəcəyini irəli sürüb. Assanj iddia edib ki, Trampın yerinə hakimiyyətə vitse-prezident Mayk Pens təyin olunacaq. Pensin isə bu plandan xəbəri yoxdur. Sosial şəbəkə vasitəsiylə yayımladığı mesajında Assanj qeyd edib ki, çevriliş planı seçkilərdə Trampa məğlub olan Hillari Klintonun komandası tərəfindən hazırlanır. Məsələyə münasibət bildirən vitse-prezident isə iddiaların əsassız olduğunu bəyan edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR