Müharibələr bitsin deyə “Kalaşnikov”ları əridib qələm düzəldir - FOTO

Müharibələr bitsin deyə “Kalaşnikov”ları əridib qələm düzəldir - FOTO
18:08 19 Mart 2017
167 Maraqlı
Ölkə mətbuatı
A- A+

Peter Tum adlı amerikalı bir təşəbbüskar, Afrikada yaşanan vətəndaş müharibələrində milyonlarla insanın ölümünə səbəb olan AK-47 Kalaşnikov silahının azalması üçün qeyri-adi cəhd edib.

Publika.az xəbər verir ki, Tum Afrikadan satın aldığı Kalaşnikov avtomatlarını Amerikaya aparıb əridərək qələm, saat və zərgər məhsulları kimi bahalı əşyalara çevirib. Beləcə satın alınan hər bahalı əşyasının qarşılığında Afrikada bir silahın azaldılması planlaşdırılır.

Afrikada beş milyondan çox insanın ölümünə səbəb olan Konqo müharibəsi 2. Dünya Müharibəsindən bəri yaşanan ən böyük insanlıq faciələrindən biridir. Bu müharibədə ölümün və dağıntıların bu qədər çox olmasının ən böyük səbəblərindən biri olaraq uşaq əsgərlər və onların əlinə verilən Kalaşnikovlar göstərilir.

Peter Tum Afrikada reallaşdırdığı bir iş səyahəti zamanı uşaqların əllərində bu silahları gördüyü zaman böyük bir narahatlıq duyur. Tum daha sonra bu vəziyyəti silahların azaldılmasına səbəb olacaq sahibkarlıq fəaliyyətinə çevirməyə qərar verir.

50 min avtomatı bu şəkildə sıradan çıxardı

Tum tərəfindən 2009-cu ildə qurulan "Fonderiye 47" şirkəti AK-47 silahlarını yığıb kiçik parçalara ayırdıqdan sonra Nyo-Yorka aparır. Broklində qurduqları tökmədə onları əridib qələm, saat və zərgərlik məhsulları düzəltməyə başlayan Tum, həmin tarixdən bəri 50 min Kalaşnikovu sıradan çıxarıb.

Üstündə "Fonderiye 47" loqosu olan, qara, 23 karat qızıl örtük aksesuarlara sahib olan və qapaq qismində məhv edilən Kanaşnikovun nömrəsi yazılan bu qələm oktyabrdan etibarən təxminən 600 manat qiymətlə Avropanın bir çox ölkələrində satışa çıxacaq. Satın alınan hər qələm Afrikadakı AK 47 silahlarının məhv edilməsində yararlı olacağından məhsulun kolleksiyaçı və qələm həvəskarları tərəfində maraqla qarşılanacağı gözlənilir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqli/149175.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR