Almeyda millidə nə vaxt debüt edəcək? - DƏQİQLƏŞDİ

Almeyda millidə nə vaxt debüt edəcək?  - DƏQİQLƏŞDİ
19:17 19 Mart 2017
202 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan yığmasında oynayacağı dəqiqləşən Riçard Almeydanın debüt matçı bəllidi. Fanat.Az-a verilən məlumata görə, "Qarabağ"ın braziliyalı yarımmüdafiəçisi iyunun 10-da yığma formasıyla meydanda olacaq.


Bu, millinin çalışdırıcısı Robert Prosineçkinin istəyidi. Xorvat DÇ-2018-in seçmə mərhələsi çərçivəsində yayın ilk ayında üz-üzə gələcəyimiz Şimali İrlandiyayla ev oyununda Almeydanın oynamasını vacib sayır. Artıq FİFA-dan AFFA-ya ürəkaçan cavab gəlib. Adətən bu tip prosesləri 3 aya yekunlaşdıran ali futbol qurumu Azərbaycan tərəfinə vaxtından əvvəl müjdə verib.

 

Qeyd edək ki, milliləşdirilmiş əcnəbilərin başqa ölkənin seçməsində oynamasına razılığı FİFA-nın Oyunçuların Statusu Komitəsi verir.

 

Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-almeyda-millid-n-vaxt-debut-edck-t57029.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR