19 yaşlı futbolçunu timsah parçaladı - FOTO

19 yaşlı futbolçunu timsah parçaladı - FOTO
19:23 19 Mart 2017
129 Dünya
Ölkə mətbuatı
A- A+

Mozambikin futbolçusu Esteva Alberto Jino timsahın hücumu nəticəsində həyatını itirib.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə Zambezi çayı sahilində baş verib. Yırtıcı çayın sahilində qaçan idmançıya hücum edib.

"Timsah birdən sudan çıxdı və Estevanın belindən yapışdı. Sonra onu sürüyərək suya saldı. Estevanın dostları çox qorxmuşdu, onlar səs eşidirdilər, amma heç nə edə bilmirdilər. Timsah beş metr uzunluğa malik idi" - deyə komandanın məşqçisi Edi Karvalo bildirib.

Qeyd edək ki, futbolçu "Atletiko Mineyro de Tete" həvəskar klubunda çıxış edirdi. Onun 19 yaşı vardı.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/191960.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR