GÖZLƏNİLMƏZ HƏRƏKƏT: Əfqan əsgər amerikalı hərbçiləri atəşə tutdu

GÖZLƏNİLMƏZ HƏRƏKƏT: Əfqan əsgər amerikalı hərbçiləri atəşə tutdu
19:48 19 Mart 2017
100 Dünya
Ölkə mətbuatı
A- A+

Əfqanıstan silahlı qüvvələrinin əsgəri NATO-nun Hilmənd əyalətində yerləşən bazasında amerikalı hərbçilərə atəş açıb, üç nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə Şimali Atlantika Alyansının Əfqanıstanda "Qəti dəstək" əməliyyatının məlumatında bildirilir.

"Hilmənd əyalətində əfqan əsgərin atəş açması nəticəsində üç ABŞ hərbçisi yaralanıb. Hərbçilərə tibbi yardım göstərilib", — deyə əməliyyatın "Twitter" səhifəsində qeyd olunur.

"Reuters"in məlumatına görə, Əfqanıstan silahlı qüvvələrinin nümayəndəsi bildirib ki, əfqan əsgər cavab atəşi ilə öldürülüb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/191964.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR