Mosulun qərbindən köç başlayıb

Mosulun qərbindən köç başlayıb
19:57 19 Mart 2017
95 Dünya
Ölkə mətbuatı
A- A+

İraqın ikinci böyük şəhəri Mosulda hökumət qüvvələri "İslam Dövləti" qruplaşması(İŞİD) silahlılarını şəhərin qərb hissəsinə sıxışdırıblar. Şəhərin şərq hissəsi hələ yanvar ayından terrorçulardan azad olunub.

Milli.Az azadliq.org-a istinadən bildirir ki, polis general-leytenantı Raed Chaker-in dediyinə görə, hökumət qüvvələri Mosulun qərbindəki "Köhnə Şəhər" adlanan ərazini və Al-Nuri Məscidini əhatəyə almaq istəyirlər.

Şəhərin bu hissəsindən yerli sakinlərin kütləvi köçü başlayıb. Təxmini hesablamalara görə, əməliyyat başlayanda Mosulun qərbində 750 minədək mülki şəxs, təqribən 2 min İŞİD terrorçusu olub. Şəhərdə ərzaq və su çatışmazlığı var.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/527720.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR