Boğaz ağrısına qarşı effektiv üsullar

Boğaz ağrısına qarşı effektiv üsullar
20:12 19 Mart 2017
296 Ölkə
Ölkə mətbuatı
A- A+

- Maye istehlakını artırmaq lazımdır.

- Siqaret, çirkli hava kimi boğaza zərər verən səbəblərdən uzaq durulmalıdır.
- Tozlu ev mühiti həm allergiya cəhətdən, həm də xəstəliyə birbaşa təsiri cəhətdən zərərlidir.
- Boğazın irinləməsi üçün evdə qarqara və sprey istifadəsi faydalıdır. Milli.Az deyerler.org-a istinadən bildirir ki, bunları mütləq həkim nəzarətində istifadə etmək lazımdır.
- Qəbul ediləcək mayenin çox isti, ya da çox soyuq olması zərərlidir, ilıq içilməlidir.
- Udulması asan olan yeməklər: püre, plov, makaron, sıyıq kimi qidalar yeyilməlidir.
- Gecə yatılacaq mühitin çox quru bir havaya sahib olmaması lazımdır.
- Adaçayı, zəncəfil çayı, nanə çayı kimi bitki çayları boğaz ağrısını yüngülləşdirir və quruyan boğazı yumşaldır.
- Acı bibər, alma sirkəsi, duzlu su qarqarası kimi təbii üsullar ümumiyyətlə 1-2 saata boğazı yumşaldır və ağrını azaldır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/526778.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR