Körpəyə su vermək olarmı?

Körpəyə su vermək olarmı?
20:47 19 Mart 2017
146 Ölkə
Ölkə mətbuatı
A- A+

Mütəxəssislər körpələrə ilk altı aydan əvvəl qəti şəkildə su verilməməsini bildirirlər. Suyun sağlamlıq üçün olduqca faydalı olması mütəxəssislər tərəfindən söylənilsə də, bu hər zaman belə olmur. Məsələn, körpələr ilk altı ay ana südündən başqa heçnə qəbul etməməlidirlər. Havanın, mühitin həddindən artıq isti olması səbəbiylə körpələrə su verilməsi düzgün deyil. Körpələrin maye ehtiyacları ana südü, ya da uşaq qidaları ilə təmin edilir. Buna görə isti bir gündə belə, körpələrə su verilməməlidir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, körpələrə ilk 6 ay su verilməməsinin səbəbi suyun zülal, vitaminlər, minerallar, karbohidratlar və yağ kimi əhəmiyyətli qida maddələrini yumasıdır.
Ana südü və körpə yeməkləri onların sürətli böyüməsini təmin edir.
Körpələrin daha çox enerjiyə ehtiyacları vardır, beləcə sürətli böyüyərlər.
Çox su içirmək körpənin ölümünə yol aça bilər. Çünki körpə çox su içsə, su zəhərlənməsi yaşaya bilər. Böyrəklərdə natrium miqdarı artacaq. Bu da uşağın inkişafında mənfi rol oynayacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/526783.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR