Ədviyyatların faydalı xüsusiyyətləri

Ədviyyatların faydalı xüsusiyyətləri
21:08 19 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bu günə kimi sizi müxtəlif meyvə və tərəvəzlərin faydaları haqqında məlumatlandırmışıq. Ancaq bir çox insan demək olar ki, bütün yeməklərə əlavə etdiyimiz ədviyyatların da ən az meyvə-tərəvəzlər qədər faydalı olduğundan xəbərsizdirlər.

Publika.az müxtəlif ədviyyatların faydalı xüsusiyyətlərini təqdim edir:

Nanə

Yaşıl nanə fol turşusu ilə zəngindir. Qurudulduqdan sonra da onun tərkibində kifayət qədər fol turşusu qalır.

Nanə həzmi yaxşılaşdırır, ürək bulanmasının qarşısını alır. Mədədə qaz yığılmasının qarşısını aldığı üçün ağrı və narahatlıqdan xilas edir.

Qırmızı istiot

Maddələr mübadiləsini sürətləndirir. Antioksidantlarla zəngin olduğu üçün xərçəngin qarşısını alır. Diyetoloqlar qırmızı istiotun arıqlamağa kömək etdiyini bildirirlər.

Kəklikotu

Bu ədviyyat ət yeməklərinə fərqli dad verir. Yeməyin həzmini asanlaşdırır və bağırsaqlarda qaz toplanmasının qarşısını alır. Həmçinin, qandakı xolesterinin səviyyəsini aşağı salır.

Qara istiot

İmmuniteti gücləndirir. Maddələr mübadiləsini sürətləndirərək daha çox kalori xərcləməyə kömək edir.

Keşniş

Mədə və bağırsaqlarda yığılan qazı aradan qaldırır. Həzm problemini həll edir.

Zəncəfil

Xərçəngdən qoruyur. Bədənə istilik və enerji verir.

Sarıkök

Mədə xorasına qarşı faydalıdır. Xolesterinin səviyyəsini aşağı salır. Sarıkök alzeymerə yaxalanmaq riskini azaldan ən təsirli vasitələrdən biridir.

Xaşxaş

Antioksidant xüsusiyyətə malikdir. Həzmi sürətləndirir, bədənə enerji verir.

Razyana

C vitamini ehtiva edir. Dəmir, kalsium, fosfor ilə zəngindir. Həzm problemlərini aradan qaldırır.

Darçın

Bədənin şəkər ehtiyacını azaldır. Ona görə də, şirniyyat yeməyi xoşlayan və buna görə kökələn insanlara darçın tövsiyə edilir.

Meyvələrin üzərinə bir çay qaşığı darçın səpib yedikdə maddələr mübadiləsi sürətlənir.

Ləman Sultan


Xəbərin orijinal ünvanı: http://publika.az/news/saghlamliq/99285.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR