Avtomobilinizin boyasını bu üsulla cızılmadan qoruya bilərsiniz - VİDEO

Avtomobilinizin boyasını bu üsulla cızılmadan qoruya bilərsiniz - VİDEO
21:12 19 Mart 2017
131 Ölkə
Ölkə mətbuatı
A- A+

Bəzən görürsən ki, adi bir daş və ya dəmir parçası avtomobilə dəyəndə onun boyasına ciddi ziyan vurur. Ancaq indi sizə təqdim edəcəyimiz kadrlarda bunun tam əksini görəcəksiniz. Maşınin üzərinə vurulan adi bir şəffaf üzlük avtomobili cızılmadan qoruyur. Hətta yüngül qəzalar zamanı avtomobilin dəmir hissəsi əyilsə də, bu üzlüklər onun boyasını tam qoruyur.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, avtomobilin kapot hissəsi kəsici alət vasitəsilə qaşınır. Çox keçmir ki, maşının bu hissəsi cızıq-cızıq olur. Daha sonra aydın olur ki, əslində cızılan avtomobilin rəngi yox, ona vurulan üzlükdür.
Avtomobillərə vurulan bu şəffaf üzlüklər boyanı cızılmalardan qoruyur. Uzun müddətdir bu işlə məşğul olan Elşad Hacıəliyev deyir ki, həmin üzlüklər əsasən Avropada istehsal olunur və onların avtomobillərə çəkilməsi sizi əlavə xərclərdən qoruyur.
Həm parıltılı, həm də parıltısız olmaqla 2 variantda təqdim olunan bu plyonkalar avtomobilə vurulan zaman heç bir detal sökülmür. Üstəlik, həmin üzlüklər sökülən zaman avtomobilin boyası da heç bir zərər görmür.
Üzlüklərin qiymətlərinə gəldikdə isə, tətbiq ediləcəyi sahənin böyüklüyündən asılı olaraq 500-1500 manat arasında dəyişir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/527740.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR