Parisdə polis zorakılığına qarşı nümayiş

Parisdə polis zorakılığına qarşı nümayiş
21:23 19 Mart 2017
96 Dünya
Ölkə mətbuatı
A- A+

Parisdə minlərlə insan polis zorakılığına etiraz əlaməti olaraq küçələrə çıxıb.

"Report" xəbər verir ki, nümayişçilər "Ədalət və ləyaqət, polis cəzasızlığını dayandırın", "Hər yer polisdir, ədalət isə yoxdur", "Ədalət yoxdur, dinclik yoxdur" və s. kimi şüarlar səsləndiriblər.

Nümayişçilər əllərində polisin qurbanı olduğu ehtimal edilən 13 nəfərin portretini tutublar.

Mitinq zamanı hər hansı bir insidentin baş verməsi barədə məlumat yoxdur. Qeyd olunur ki, bu nümayiş polis özbaşnalığının qurbanı olanların qohumlarının təşəbbüsü ilə keçirilib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/191968.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR