Peruda daşqınlar nəticəsində 75 nəfər ölüb

Peruda daşqınlar nəticəsində 75 nəfər ölüb
21:42 19 Mart 2017
99 Dünya
Ölkə mətbuatı
A- A+

Peruda baş verən güclü daşqınlar nəticəsində ölənlərin sayı 75 nəfərə çatıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, təbii fəlakət zamanı 263 nəfər xəsarət alıb, 12 min yaşayış evi, 25 məktəb, 8 xəstəxana dağılıb, 2 min kilometr avtomobil yolları və 9 min hektar kənd təsərrüfatı sahəsi su altında qalıb.
 
Qeyd olunur ki, təbii fəlakət "El-Ninyo" iqlim fenomeni ilə bağlıdır. "El-Ninyo" okean və atmosfer cərəyanlarının dövretmə sxemlərinə təsir göstərir. Bu isə öz növbəsində yer kürəsində havaya və iqlimə təsir edir, bəzi regionlarda quraqlıqlara, digərlərində isə güclü yağışlara səbəb olur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/527744.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR