Namazda bəzən zikr və duaları etməmək olarmı?

Namazda bəzən zikr və duaları etməmək olarmı?
21:52 19 Mart 2017
129 Ölkə
Ölkə mətbuatı
A- A+

Namazın rüknları bunlardır:
Qiyam (Ayaq üstə dayanmaq)
Təkbirlə (Allahu əkbər deməklə) namaza başlamaq;
Hər rükətdə Fatihə surəsini oxumaq;
Rüku etmək;
Səcdə etmək;
Bu hərəkətləri (rahatlıqla) tələsmədən etmək;
Oturaraq son təşəhhüdü oxumaq;
Bu hərəkətləri tərtiblə (ardıcıllıqla) etmək;
Salam ilə namazı tamamlamaq.
Milli.Az zikr.az-a istinadən bildirir ki, bu rüknlərdən hər hansı birini bilərəkdən tərk edənin namazı batil olur. Lakin səhvən bu rüknlərdən bəzilərini tərk edən tərk etdiyi rüknə görə yenidən bir rükət əlavə qılmalı və səhv səcdəsi etməlidir. Namazı çox tez qılan, yaxud ayaq üstə qılmaq imkanı ola-ola oturaq qılan və yaxud ilk təkbiri etməyən namazı yenidən tam qılmalıdır.
Namazın vacibləri:
Ehram təkbirindən (namaza başladıqda edilən təkbirdən) başqa olan təkbirlər;
"Səmi-Allahu limən həmidəh" demək;
"Rabbənə və ləkəl həmd" demək;
"Sübhanə Rabbiyəl-Azım" demək;
"Sübhanə Rabbiyəl-Ə'lə" demək;
"Rabbiğ-firli" demək;
Dörd və üç rükətli namazın ikinci rükətindən sonra oturaraq təşəhhüdü oxumaq
Bu vaciblərdən hər hansı birini bilərəkdən tərk edənin namazı batil olur. Lakin səhvən və ya unudaraq bu vaciblərdən birini tərk edən isə yalnız iki dəfə səhv səcdəsi etməlidir.
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/526830.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR