Muhəmməd Təqi Məclisinin vəsiyyətnaməsindən bir hissə

Muhəmməd Təqi Məclisinin vəsiyyətnaməsindən bir hissə
22:17 19 Mart 2017
122 Ölkə
Ölkə mətbuatı
A- A+

"Bismillahir-Rəhmanir-Rəhim.

Ona (oğluma) və özümün günahkar nəfsimə təqvalı olmağı və Allah-Təaladan qorxmağı tövsiyyə edirəm. Təqva yaradılışın əvvəlindən sonuna kimi Allah-Təalanın öz bəndələrinə tövsiyəsidir. (Oğlum) müraqibədə  səy göstərməyi və öz nəfsini Allaha münasibətdə təqvalı olmağa məcbur etməyi öz fəaliyyətinin sərlövhəsinə çevirsin. Elm və əməldə ixlaslı olsun. Bütün işləri xalis (səmimi) və Ona (Allaha) xatir olsun. Alimlərdən başqa bütün insanlar fitnələrin hədəfindədirlər.  Alimlərin də arasında öz bildiyinə əməl edənlər və öz davranışında Allahın qanunlarını əsas tutanlar istisna olmaqla qalan hamısı məhv olma təhlükəsi qarşısındadır.  Bunların da içindən müxləsləri  çıxmaqla qalan hamısı fitnələrə və səhvlərə hədəfdir. Hətta xilas olanlar da nəhəng və qorxulu uçurumun kənarında durmuşlar...".

("Dəstur əl-əməl" kitabından)

Milli.Az islam.az-a istinadən bildirir ki, Mühəmməd Təqi ibn Məqsud Əli Məclisi İsfahani hicri 1003-cü ildə (miladi 1594-95-ci illər) İsfahanda doğulmuşdur. O, "Bihar əl-ənvar" adlı fundamental hədis məcmuəsini tərtib etmiş Əllamə Mühəmməd Baqir Məclisinin atasıdır.
Mühəmməd Təqi Məclisinin çoxlu kəramətləri olmuşdur, bunların bəzilərini özü, bəzilərini də oğlu Əllamə Məclisi nəql etmişdir.
Mühəmməd Təqi Məclisi hicri 1070-ci (miladi 1660-cı) ildə vəfat etmiş və İsfahanda dəfn olunmuşdur. Oğlu Əllamə Mühəmməd Baqir Məclisidən fərqləndirmək üçün onu mənbələrdə "Məclisiyi-əvvəl" (birinci Məclisi) kimi təqdim edirlər.
Sözügedən vəsiyyətnaməni Mühəmməd Təqi Məclisi öz oğlu Əllamə Mühəmməd Baqir Məclisiyə ünvanlamışdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/526786.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR