Sumqayıtda marşrut sürücülərindən biri çox insana nümunə olacaq bir addım atıb. O, imkansız şəxsləri avtobusla pulsuz daşıyır. Bu yolla o, cəmiyyətin aztəminatlı təbəqəsinə yardım etdiyini düşünür.
"İmkanı olmayanlar gediş haqqı ödəməsin!"
Publika.az xezerxeber.az-a istinadən bildirir ki,
bu lövhə Sumqayıtda "7A" saylı marşrut xətti üzrə hərəkət edən
avtobuslardan birində yerləşdirilib. Şəhər sakini, 35 yaşlı Elçin
Məmmədov xeyirxah addım ataraq özünün idarə etdiyi avtobusa bu cür
elan yerləşdirib ki, pulu olmayanlar da nəqliyyat vasitəsindən
istifadə edə bilsinlər.
Sürücü deyir ki, əvvəllər yalnız bayram günlərində imkansız
şəxsləri pulsuz daşıyıb. Amma indi hər gün bu xeyirxah əməli yerinə
yetirir.
Elçin Məmmədovun sözlərinə görə, gün ərzində onlarla imkansız insan
onun avtobusundan pulsuz istifadə edir. Lakin bu xeyirxah niyyətdən
fırıldaqçılıq məqsədilə istifadə edənlər də var.
Elçin Məmmədov bütün sui-istifadə hallarına baxmayaraq, bu xeyirxah
əməlini davam etdirəcəyini deyir.