Bakıda YPX maşını ağır qəza törətdi: 2 yaralı

Bakıda YPX maşını ağır qəza törətdi: 2 yaralı
23:12 19 Mart 2017
204 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Sabunçu rayonu ərazisində, Ramana-Maştağa yolunda Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə məxsus 99 YP 504 nömrə nişanlı "BMW" ilə "QazEl" markalı, 99 KN 280 qeydiyyat nişanlı yük maşını toqquşub.

Qəza nəticəsində yol polisi avtomobilini idarə edən 31 yaşlı inspektor və yük maşınını sürən 51 yaşlı kişi müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/527756.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR