Kartof, sən əsl möcüzə imişsən

Kartof dünyada demək olar ki, ən çox yayılmış tərəvəzdir. İlk dəfə Avropada XVIII əsrdə yetişdirilib.

Metbuat.az bildirir ki, əvvəllər kartofu yemirdilər. Fransız qadınları kartofun gülləri ilə saçlarını bəzəyirdilər, Almaniyada kartofu dekorativ bitki kimi yetişdirirdilər.

Hazırda biz süfrəmizi kartofsuz təsəvvür edə bilmirik. Kartof çox faydalı tərəvəzdir. Kartofun tərkibində C, B qrupu, PP, E vitaminləri, karotin, fol turşusu, nişasta, pektin maddələri, sellüloz və həmçiniz vacib mikroelementlər - maqnezium, fosfor, kalsium, dəmir var. Kartof kaliumun miqdarına görə tərəvəzlərin arasında lider sayılır. Bu vacib element ürəyin və damarların normal fəaliyyəti üçün çox vacibdir. Məhz bu səbəbdən ürək xəstəlikləri olan insanlara həkimlər suda (qabıqlı) və ya sobada (yağsız, folqada) bişmiş kartof yeməyi tövsiyə edirlər.

Sellüloz və pektin maddələri ilə zəngin olan kartof bağırsaqlar üçün çox xeyirlidir - bağırsaqların fəaliyyətini yaxşılaşdırır.

Kartof nişastası əsasında bişirilmiş kisel bağırsaqları yaxşı təmizləyir, orada yığılan ziyanlı maddələri çolə çıxarır, iltihabla mübarizə aparı. Selikli qişanın bərpa olunmasına kömək edir.

Çiy kartofun şirəsi mədə və 12 barmaq bağırsağı xəstəlikləri zamanı çox yaxşı təbii müalicəvi vasitədir. Bundan əlavə kartof şirəsi xroniki qəbizlik zamanı çox yaxşı müalicəvi effekt verir, qıcqırmanı yox edir.

Yaponiyada çiy kartofun şirəsini xərçəng əleyhinə vasitə kimi istifadə edirlər.

Kartof allergik reaksiyalara səbəb olmur və bu səbəbdən kiçik yaşlı uşaqların, allergiyaya meyilli olan insanların qidalanmasında geniş istifadə oluna bilər.

Ən faydalı kartof qırmızı kartof sayılır.

Kartofda olan xeyirli maddələri saxlamaq üçün tərəvəzi az miqdarda suda bişirin.

Kartof qaranlıq yerdə saxlanılmalıdır. İşığın təsirindən kartof göyərir və cücərir. Belə kartofun tərkibində çoxlu miqdarda zəhərli maddə - solanin əmələ gəlir ki, bu maddə zəhərlənməyə səbəb ola bilər.

Mədəaltı vəzində problemi olanlar və şəkərli diabet xəstəliyinə meyilli olan insanlar kartofu daha az yeməlidir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR