Bu kadrlar hər kəsi ŞOKA SALACAQ - FOTO/VİDEO 18+

Bu kadrlar hər kəsi ŞOKA SALACAQ - FOTO/VİDEO 18+
01:03 20 Mart 2017
201 Digər
Ölkə mətbuatı
A- A+

Banqkokun ən havalı alış-veriş mərkəzlərindən birində açılan dükan müştərilərini qorxudub.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, "Oqilvi" reklam agentliyi və "PETA" təşkilatı Banqkokun ən bahalı alış-veriş mərkəzlərindən birində mağaza açıb. Tamamilə ekzotik heyvan dərilərindən hazırlanmış məhsulları yaxından araşdırmaq istəyən müştərilər gördükləri mənzərə qarşısında heyrətlərini saxlaya bilməyib. Məsələ ondadır ki, mağazadakı çantalar, pul kisəsi, ayaqqabı kimi məhsulların içinə öldürülən heyvanların daxili orqanları yerləşdirilib. Həm daxili orqanlar, həm də dərilər süni olsa da, mağazaya gələn müştərilər bəyəndikləri məhsulları əllərinə alanda dəhşətli mənzərədən qorxub. Məsələn, timsah dərisindən düzəldildiyi deyilən əlcəklərin içi də süni qanla dolu olub.

"PETA" heyvan təşkilatı bu addımı ilə yalnız dəriləri üçün amansızcasına qətlə yetirilən heyvanlara diqqət çəkməyi istəyir.

Qeyd edək ki, Cənubi Asiyada hər il ən az 440 min piton ilanı öldürülür. Bəzi heyvanların dərisi isə diri-diri soyulur. Orta ölçüdə çanta üçün ən az 4 timsah öldürmək lazım gəlir.

Aytən








Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/135927.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR