Azərbaycan Dövlət Radiosunun sabiq müxbiri vəfat edib

Lənkəranda qocaman jurnalist Səlim Ağayev dünyasını dəyişib.

Metbuat.az bildirir ki, mərhum yaşadığı Lənkəran şəhərində 81 yaşında vəfat edib.
S.Ağayev uzun müddət Azərbaycan Dövlət Radiosunun bölgə müxbiri, "Leninçi" (indiki "Lənkəran") rayon qəzetinin əməkdaşı, Lənkəran radio verilişləri redaksiyasının məsul redaktoru vəzifələrində çalışıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR