Günün resepti: Novruzun şor qoğalı - FOTO

Günün resepti: Novruzun şor qoğalı - FOTO
07:05 20 Mart 2017
227 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az Novruz bayramı ərəfəsində süfrələrimizin bəzəyi olan şor qoğalının hazırlanma qaydasını təqdim edir.

Xəmir üçün:

1 kq un

2 ədəd yumurta

2 stəkan ilıq  süd

1 çay qaşığı quru maya

200 qram kərə yağı

1 çay qaşığı sarıkök

1 çay qaşığı duz

iç:

2 stəkan un

1 stəkan  əridilmiş kərə yağı

1/2 ç.q istiot

2 ç.q razyana

2 ç.q üyüdülmüş cirə

1/2 ç.q sarıkök

1 ç.q duz

Üstü üçün:

1 ədəd yumurta sarısı

Xaş-xaş (qara çörək otu)

Yağlamaq üçün:

450-500  qram kərə yağı

Hazırlanması:

Xəmirdən əvvəl stəkana mayanı töküb ilıq süddə qarışdırın. Kənarda 5-10 dəqiqə saxlayın ki, qalıb köpüklənsin. Daha sonra südü qızdırıb, içinə sarıkökü əlavə edin. Başqa bir qabda unun ortasın açıb içinə əridilmiş kərə yağını, əvvəlcədən hazırladığınız sarıköklü südü, mayanı, duzu əlavə edib, xəmiri yoğurun. Yumşaq xəmir alınacaq. Acıması üçün üzərini örtüb, isti bir yerdə 1 saat saxlayın.

İçi hazırlamağa başlayın. Belə ki ocaqda tavaya unu töküb qazın üstündə qızılı rəngdə olanadək dayanmadan qarışdıra-qarışdıra qovurun. Soyuduqdan sonra üzərinə duz, istiot, sarıkök, razyana və cirəni töküb qarışdırın. Sonda isə üzərinə əridilmiş kərə yağını töküb, yaxşıca qarışdırın. İçlik hazırdır.
Acıyan xəmirdən kündələr düzəldib, nazik yuxalar yayın. Yuxaların hər layını oxlovla geniş açaraq yağlayıb, eni 4-5 sm olmaqla zolaqlara bölün. Hər bir zolağı rulet kimi fırladın. Əlinizlə içini oval formaya salıb, iki  çay qaşığı  içlik qoyub ağzını bükün. Daha sonra qoğalı yastılayın. Listə düzüb, üzərinə yumurta sarısı çəkib, xaş-xaş (qara çörək otu) səpin. Sobada qızaranadək bişirin.

Nuş olsun!

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində







Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/527750.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR