Bakıda sərxoş piyadanı avtomobil vurub qaçdı

Bakıda sərxoş piyadanı avtomobil vurub qaçdı
09:58 20 Mart 2017
106 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda kafedən sərxoş vəziyyətdə çıxan 35 yaşlı kişini avtomobil vurub.

"Report"un xəbərinə görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, Sabunçu qəsəbəsində yerləşən "Emin" kafesindən çıxan 1982-ci il təvəllüdlü Ramin Murxuda oğlu Tosovu naməlum avtomobil vuraraq hadisə yerindən uzaqlaşıb. R.Tosov ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Həkimlərin dediyinə görə, R.Tosovun sağ ayağı sınıb və o, əməliyyat olunub.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalara başlanılıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/191995.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR