Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin
müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə
etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 143 dəfə
pozub.
Publika.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi
məlumata görə, Ermənistan Respublikası İcevan rayonu ərazisindəki
adsız yüksəkliklərdə, Noyemberyan rayonunun Şavarşavan, Voskevan,
Barekamavan, Berdavan, Dovex kəndlərində və adsız yüksəkliklərdə
yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı, Fərəhli, Quşçu
Ayrım, Qaymaqlı, Kəmərli kəndlərində və adsız yüksəkliklərdə, Berd
rayonunun Çinari, Ayqepar, Mosesqex, Ayqedzor kəndlərində və adsız
yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq,
Muncuqlu, Əlibəyli, Koxanəbi kəndlərində və adsız yüksəkliklərdə,
Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən
mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə
yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Yarımca, Göyarx, Ağdam
rayonunun Qaraqaşlı, Baş Qərvənd, Mərzili, Nəmirli, Şıxlar,
Şirvanlı, Cəvahirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli
rayonunun Qorqan, Aşağı Veysəlli, Horadiz, Qaraxanbəyli, Aşağı
Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında,
həmçinin Göygöl, Goranboy, Tərtər, Xocavənd və Füzuli rayonları
ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı
Qüvvələrimizin mövqeləri atəşə tutulub.