"Petkim Petrokimya Holding AŞ" fəaliyyətini lirəyə adaptasiya etməlidir.
Publika.az APA-ya istinadən xəbər verir ki, bunu Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekci bildirib.
"Hazırda "Petkim" fəaliyyətini dollar üzərindən həyata keçirir.
Lakin sizi əmin etmək istəyirəm ki, holdinqin lirə ilə fəaliyyət
göstərməsi üçün əlimdən gələni edəcəm. Nazirliyin müvafiq qərarı
var. Qərara əsasən, azad zonalar ölkə xarici sayılır. Azad
zonalardakı bütün fəaliyyətlər lirə ilə aparmalıyıq. Bunun üçün
əlimizdən gələni edəcəyik", - deyə nazir regional sahibkarlara
müraciətində bildirib.
N.Zeybekci əlavə edib ki, bu il Türkiyədə iqtisadi artım
gözlənilir: "İxracata söykənən bir artım olacaq. Bunun başqa
formulu yoxdur".
2008-ci ildə SOCAR Türkiyə hökuməti tərəfindən özəlləşdirilən və
qardaş ölkənin yeganə neft-kimya istehsalçısı olan "Petkim"də
nəzarət-səhm paketinə malik olmaq üçün "SOCAR Türkiyə Enerji A.Ş."
vasitəsilə strateji investisiya yatırıb. Bu alış ilə SOCAR daha
sonra müxtəlif müəssisələrə kapital qoyuluşu həyata keçirib və emal
fəaliyyətinin əhatə dairəsini və miqyasını artırıb. 2010-cu ildə
"SOCAR Türkiyə Enerji A.Ş." "Petkim" obyektlərinə yaxın ərazidə
yeni emal zavodunun tikintisi üçün Türkiyə hökumətindən icazə alıb
və tikintisi üçün hazırlıq işləri 2011-ci ilin oktyabrında
başlayıb. 2018-ci ildə zavodun fəaliyyətə başlaması gözlənilir.
Hesablamalara uyğun olaraq, bu zavod "Petkim"in gəlirliliyini və
bazar payını artıraraq onun üçün xammal xərclərini azaldacaq.