Dünyada nefti bu şirkət ucuzlaşdırır

Dünyada nefti bu şirkət ucuzlaşdırır
10:19 20 Mart 2017
218 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Baker Hughes şirkətinin ABŞ-da neft buruqlarının sayının artmasını açıqlamasından sonra dünyada neftin qiyməti ucuzlaşır.

 

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, “Brent” markalı neftin qiyməti 0,60%  azalıb və bir barel neftin qiyməti 51,45 dollara, WTI markalı neftin qiyməti isə 0,75%  azalaraq 48,94 dollara düşüb.

 

“Baker Hughes” şirkətinin məlumatına əsasən martın 17-nə ABŞ-da neft buruqlarının sayı 21 ədəd, yaxud 2,27% artaraq 631 ədədə çatıb. Qaz buruqları isə 6 ədəd, yaxud 3,97% artaraq 157 ədədə çatıb.

 

ABŞ-da “qaya nefti”nin istehsalının belə sürətli artması gözlənilməz sayılır. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/270275

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR